Türkiyədə ər 19 yaşlı həyat yoldaşını boğazından bıçaqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Aysel Baydar işdən evə qayıdan həyat yoldaşı Bəxtiyar Baydar tərəfindən boğazından bıçaqlanıb.

O bu cinayəti arvadının qapını gec açması səbəbi ilə törətdiyini bildirib. 2 uşaq anası Aysel Baydar boğazından 2 dəfə bıçaqlandıqdan sonra bıçaq qırılıb və o özünü eyvandan aşağı atıb. O eyvandan tullanaraq ölümdən yaxa qurtara bilib. 

Yaralı qadın təcili yardımla xəstəxanaya aparılıb. Həyat yoldaşı isə polis tərəfindən saxlanılıb. 19 yaşlı qadın əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun boğazında 7 və 8 santimetrlik 2 kəsik yaranıb.