Böyük Britaniyada yaşayan Kallie Rocers 2003-cü ildə lotereyadan 2.6 milyon dollar (4.4 milyon manat) qazanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o bu məbləği qazanan zaman 16 yaşında olub. Lakin onun pulu qısa müddətdə tükənib. Bahalı həyat tərzi yaşamağa başlayan, dostlarına və ailəsinə qiymətli hədiyyələr alan 16 yaşlı qız sinə əməliyyatı da etdirib. 

Hal-hazırda isə onun 32 yaşı olan və dayəlik edən qadın lotereya oynamaq yaşının 16-dan 18-ə çıxarılması fikrini önə sürüb. Lotoreya qazandıqdan sonra onu övladlığa götürən ailəsində ayrılaraq aylıq kirayəsi 37 min manat olan evə köçüb.  

Onun digər müflisləmə səbəbi də dostları olub. Belə ki, dostları gənc qızdan borc alıblar və sonra yoxa çıxıblar. Beş il sonra isə həyat yoldaşı ilə münasibətləri pisləşən qadın intihara cəhd edib.

Kallienin narkotik vasitələrə 515 min manat xərclədiyi bildirilib.