Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” Gürcüstanda “Dinamo”nun qonağı olub. 

Öz meydanında Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan Sənan Qurbanovun komandası bu dəfə rəqibin 3 cavabsız qoluna məyus olub. Beləliklə, hər iki oyunda məğlub olan “Qəbələ” Avroliqada mübarizəni dayandırıb.