Bərdə rayonunda güllələnmə hadisəsi baş verib

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Səyidyusifli kəndində qeydə alınıb. Tərtər rayon Xoruzlu Kənd sakini güllə yarasi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 3 güllə yarasi alan E. Nəcəfov əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.