Bakı Nəqkiyyat Agentliyi R.Rüstəmov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi iə bağlı məlumat yayıb.

Agentlikdən Unikal.org-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən opel markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda qəza ilə bağlı Bakı Nəqkiyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

***12:54

Bakıda avtobusla minik avtomobili toqquşub.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.  

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb: "Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır".

Faktla bağlı araşdırma aparılır.