20 Sentyabr 2019
19 Sentyabr 2019
"Kişiyəm, namusumu təmizləmişəm" - Arvadını öldürən ər DANIŞDI
"Kişiyəm, namusumu təmizləmişəm"- Arvadını öldürən ər DANIŞDI KRİMİNAL 14:55 2019-08-02

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Unikal.org-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə,  Rövşən Dadaşov arvadı Aidə Dadaşovanı yüngül həyat tərzi keçirdiyi, başqa şəxslərlə görüşdüyü üçün dəmir parçası ilə qətlə yetirib. 

İttimada həmçinin göstərilir ki,  R.Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb. 

R.Dadaşov ittiham üzrə özünü qismən təqsirli bilib, lakin əməlindən peşman olmadığı bildirib. 
 
Məhkəmədə sərbəst ifadə verən şəxs bildirib ki, arvadını xüsusi amansızlıqla qətlə yetirməyib: "İttihamlarda yazılanlar yalandır. Hadisə uşaqların gözü qabağında baş verməyib.  Uşaqların heç nədən xəbəri olmayıb. Mən danmıran, arvadımı öldürmüşəm. Kişiyəm, namusumu təmizləmişəm. Polisə də özüm məlumat vermişəm. Polis gəlib məni tutanda uşaqları da qardaşım Amilə verdim ki, o saxlasın".

Məhkəmədə hüquqi varis və şahidlər də ifadə veriblər.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə prosesi avqustun 9-da davam edəcək.

Qeyd edək ki, qətl bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.

Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

R.Dadaşov əvvəllər oğurluğa görə məhkum olunub.