Aeroport yolunda zəncirvari yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində piyada keçidinin yanında baş verib.

Belə ki, 5 avtomobil - 3 "Mercedes", 1 "Audi" və 1 BMV markalı avtomobil toqquşub.

Hadisə yolda tıxaca səbəb olub.