Metronun "Həzi Aslanov" stansiyası yaxınlığında, İlqar Zülfüqarov küçəsi, 136-148 ünvanında yerləşən yaşayış binalarının həyətyanı sahəsindəki ağaclıqda yanğın olub.
Unikal.org-un Report-a istinadən məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Yanğınsöndürənlər alovun söndürülməsinə və yaşayış binalarına keçməsinin qarşısını almağa çalışıblar.
Yanğının həyətyanı sahədəki saralmış otların yanması nəticəsində baş verdiyi bildirilir.