Gürcüstanda 3,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 20:06-da qeydə alınıb. Zəlzələnin episentri Oni şəhəri yaxınlığında olub.

Zəlzələ dağıntılara səbəb olmayıb.