Çimərliklərdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Unikal.org xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıx, Zağulba və Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.