Kürdəmirdə “Маз” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Unikal.org-un məlumatına görə, “Маз” yük avtomobili qəzaya səbəb olub. 

FHN hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Karrar qəsəbəsində “Маз” və “КамАЗ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Маз” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakı istiqamətində hərəkətdə olan "MAZ" markalı yük avtomobili "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü, Bakı şəhər sakini Teymurov Sənan Əbülfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org report-a məxsus görüntüləri təqdim edir: