Dünən gecə Türkiyənin Mardin vilayətinin Nusaybin rayonun Bagok dağında PKK terrorçularının hücumu nəticəsində ölkə ordusunun əsgəri həlak olub.

Unikal.org-unməlumatına görə, hücum nəticəsində 4 əsgər isə yaralanıb.

Xəsarət alanlar xəstəxanya yerləşdirilib. Bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Şəhid olan 27 yaşındakı çavuş Məhəmməd Ata Karatlı  20 gün əvvəl ata olmuşdu.