25 Avqust 2019
24 Avqust 2019
İşsiz adamlara sığorta ödənişi təyin edildi
İşsiz adamlara sığorta ödənişi təyin edildi İQTİSADİYYAT 11:27 2019-08-03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin olunur.

Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əmək haqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.