Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən ticarət mərkəzində (AVM) atası olduğu iddia edilən bir şəxs 2 yaşındakı uşağına atdığı təpiklə bağlı cinayət işi açılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən şəxs Balçova Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb. Onun həbs olunması üçün cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Qeyd edək ki, orta yaşlarında şəxs ticarət mərkəzində qucağında 2 yaşlı uşağı yerə qoyduqdan sonra təpikləyib. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra böyük rezonansa səbəb olub.