Respublikanın daxili işlər orqanları tərəfindən, dünən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.    
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.   
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.