Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsinə Azərbaycanlı turistləri gəzməyə gətirən avtobus aşıb.

Unikal.org-un məlumatına görə, içərisində 18 nəfərin olduğu tur avtobusu Avanos mahalında aşıb. Nəticədə 14 nəfər azərbaycanlı yaralanıb. 

Yaralılar Nevşehir Dövlət Xəstəxanasına aparılıb.