Rumıniyada yeniyetmə qızın qətlini yanlış şərh edən Təhsil naziri istefaya göndərilib.

Unikal.org BBC telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin Baş Naziri Viorika Dansila telekanalların birinə müsahibə verən Yekaterina Androneskunun istefası barədə qərar verilib. Nazir oğurlanaraq qətlə yetirilən 15 yaşlı Aleksandra Masesanunun ölümü ilə bağlı yanlış fikirlər səsləndirib.

Təhsil naziri paytaxt Buxarestdə oğurlanan və sonradan qətlə yetirilən qızı “tanımadığı adamların maşınına minməkdə” təqsirləndirib. Bundan sonra sosial şəbəkələrdə Androneskunun bəyanatı ilə bağlı qızğın müzakirələr başlayıb və onu qəddar mövqe nümayiş etdirməkdə ittiham ediblər. Ciddi ictimai narazılıq fonunda Buxarestin polis rəisi Yoan Buda və Daxili İşlər naziri Nikolae Moqa da istefaya gediblər. Hüquq-mühafizə orqanlarını yeniyetmə qızın yardıma çağıran üç zənginə məhəl qoymamaqda günahlandırırlar.