"Miss İrlandiya" Gözəllik Yarışmasının qalibi müəyyənləşib. 

Unikal.org xəbər verir ki, yarışmaya qatılan 28 qadın arasında "Miss İrlandiya Gözəllik Yarışmasının" tacının qalibi, NASA-çalışan elm qadını Fionnghuala O Reilly olub.

İrlandiyanın Dublin şəhərində yaşayan 25 yaşlı NASA məlumat analitiki Fionnghuala O'Reilly, "Miss İrlandiya 2019 Gözəllik Yarışmasının" birincisi oldu.

O'Reilly, tacını 2018 İrlandiya gözəli Grinne Gallanaghdan alıb. O, tacı ilə bərabər 70 min avro pul mükafatına layiq görülüb. 

Gənc alim bununla belə, özünü "Miss Universitet" Gözəllik Yarışmasında da sınamaq istəyir. 

O'Reilly, Corc Vaşinqton Universitetinin Sistem mühəndisliyi fakultəsin bitirib. Bu sahədə böyük uğur qazanan Reilly alimlik dərəcəsinə kimi yüksəlib.  O'Reilly, ölkəsində yardımsevərliyi ilə də tanınır.

Parıltılı paltarıyla göz qamaşdıran O'Reilly, seçim gecəsinin onun üçün nə qədər xüsusi olduğunu və xəyallarının necə reallaşdığını söyləyib. "Özümü qətiliklə inanılmaz hiss edirəm. Bu qurşaq və taca sahib olmaq mənim üçün reallaşan bir yuxu kimidir."

Gələcək planları haqqında danışan O 'Reilly, deyib: "Elm sahəsindəki qadınların sayını artırmaq istəyirəm. Qadınların hər sahədə uğur qazanmasını istəyirəm".

O'Reilly, 19 dekabrda Cənubi Koreyada reallaşacaq "Miss Universitet Gözəllik Yarışmasında" İrlandiyanı təmsil edəcək.