“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə Kiprin APOEL klubuna qarşı keçirəcək.

Unikal.org klubun rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gündən etibarən bu matçın hazırlıqlarına start verəcək.

Avqustun 6-da, Nikosiyada keçiriləcək APOEL – “Qarabağ” matçına saat 21:00-da start veriləcək. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.