Türkiyənin tanınmış film və teatr aktyoru Cengiz Sezici bu gün səhər saatlarından dünyasını dəyişib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sezicinin çalışdığı agentliyin sahibi Tümay Özokur onun ölümü ilə bağlı bunları deyib:

"Tənginəfəslik problemi var idi. Gecə xəstəxanaya gedib, amma səhər öldü". 

Qeyd edək ki, Cengiz Sezici taaşaçılara "Aşka sürgün", "Ayşecik, "Aynalı Tahir" kimi seriallardan tanışdır.