Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün törədilmiş atışmalarda ölənlərlə bağlı başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində qeyd olunub.

"Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - XİN bildirib.

Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara  atəş açması nəticəsində 20 nəfər ölüb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.