"Bir zamanlar Çukurova" serialı ilə məşhurlaşan aktrisa Hilal Altınbileyə Azərbaycandan təklif gəlib.

Unikal.org xəbər verir ki, çərəz markalarından biri yaxın günlərdə türkiyədə məhsulunu satışa çıxaracaq. Bunun üçün onlar aktrisanı reklam siması seçiblər.

Hilal isə bunun üçün şirkətdən 3 milyon lirə (təxminən 910 min manat) istəyib. Hər iki tərəf razılığa gəlib və aktrisa yaxın günlərdə kamera qarşısına keçəcək.