Məşhur müğənni Deniz Seki sevgili olduğu iddia edilən iş adamı ilə görüntülənib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seki bir qayıqda qucaqlayıb öpdüyü kişinin iş adamı İrfan Özçelik olduğu ortaya çıxıb. 2017-ci ilin iyununda həbsdən çıxan və o gündən etibarən çətin günlər yaşayan müğənni tətilə yeni sevgilisi ilə çıxıb. 

Qeyd edək ki, cütlüyün may ayında romantik şəkildə bir qayıqda tətilə çıxdığı iddia olunsa da müğənni  Özçeliklə sevgili olmadığını irəli sürmüşdü.