Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib. 

Qafqaz Müsəlmanlar İdarəsindən Unikal.org-a verilən məlumata görə, mərhum 1950-ci il təvəllüdlü Bəhmən Şükürovdur. O, ziyarətdə Həcc əməllərini yerinə yetirən zaman ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.