“Twitch” sosial şəbəkəsində ötən həftə qəribə bir hadisə baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə fenomeni Heather Kent adlı gənc ana  rəfiqələri ilə canlı yayımda olarkən övladını əmizdirib. 

Övladı acdığı üçün sinəsini açmaq məcburiyyətində qalan ana bu hərəkətinə görə, izləyicilər tərəfindən etirazla qarşılanıb. Həmin kadrlar “Twitch” rəhbərliyi tərəfindən silinib. Fenomen ana isə bunun normal hal olduğunu bildirib. 

Videoyu silən sosail şəbəkə rəhbərliyi sonradan Kentə daha öncə belə bir halla qarşılaşmadıqları üçün videonu sildiklərini deyiblər.