Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.