“Barselona” klubu ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın son məşqində zədələnən Messi, “Barselona”nın ABŞ-da keçirəcəyi təlim-məşq toplanışında iştirak etməyəcək.