Bakıda polis yolda qalan avtobusun sürücüsünə kömək edib.

Unikal.org xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 60 saylı maşrut xətti ilə hərəkət edən avtobusda nasazlıq yaranıb.Həmin vaxt prospektdə hərəkətin sıx vaxtı köməksiz vəziyyətdə qalan avtobusu görən YPX əməkdaşları xidməti avtomobillərindən enərək vətəndaşın maşınını itələməklə onun təhlükəsiz əraziyə çıxmasına yardımçı olublar. 

Famil Fərhadoğlu