Bıçaqlanan baş həkim Şahin Baxşəliyev əməliyyat olunub.

Unikal.org-un məlumatına görə, Ş. Baxşəliyev  qardaşı Fikrət Baxşəliyevin rəhbərlik etdiyi və Sumqayıtda yerləşən "Şəfqət" klinikasında cərrahi əməliyyat olunub. Aldığı bıçaq yaralarından çoxlu qan itirdiyindən kənardan qan ehtiyatı gətirilərək Ş. Baxşəliyevə köçürülüb.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

20:57

xxx

Sumqayıtda 1-ci mikrorayonda yerləşən “Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında olan mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib.

Baş həkim Şahin Baxşəliyev xəstəxanaya yerləşdirilib. 

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.