Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin sayı azaldılıb.

Unikal.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamında əksini tapıb.

Beləliklə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 215 ştat vahidindən 207 ştat vahidinə qədər azaldılıb.

Sərəncama əsasən, Prezident İlham Əliyevin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aparatının işçilərinin say həddi 85 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 867 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi 49 ştat vahidi müəyyən edilib.