Qaradağ rayonunda bir nəfər döyülüb.

Unikal.org xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu Sədərək Ticarət mərkəzinin ərazisində döyüb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.