Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər.

Bakı şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşmüşdür.

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilmışdir. 
Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışmışdır. Həmçinin bu zaman bildirilmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması  ilə bağlıdır və  vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi  ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.
Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina etmiş və maddi yardımlarını alıb binanı tərk etmişlər. 
Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk etmişdir. Hazirda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu aillərdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada  məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilmişdir. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunmuşdur. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etbikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər. 
Daha 7 ailə isə sahəsi  12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilmişdir. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.