Cəlilabadda 17 yaşlı qız intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Əliqasımlı kəndində A.Hacıyeva özünü yaşadığı evdə asıb.

İntiharın səbəbi araşdırılır.

Xatırladaq ki, bir həftə əvvəl Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılova özünü asıb. İddiaya görə, intihara səbəb valideynlərinin onu sevmədiyi şəxsə ərə vermək istəməsi olub.