2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a bildirilib ki, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər avqustun 7-8-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə, şəxsən Mərkəzə (ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.