Rusiyanın Çeçenistan vilayətində evin pəncərəsindən sürüşən uşaq hava borusunun üzərində qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, binanın 8-ci mərtəbisindəki mənzilin pəncərəsindən yerə düşmək təhlükəsi ilə üz-üzə qalan uşağın köməyinə qonşusu çatıb.

Həmin kadrlar mobil telefon vasitəsi ilə lentə alınıb. 10 yaşlı uşağın çətin anlarını görənlər polisə və ailəsinə xəbər veriblər. Hadisə baş verən zaman uşağın ailəsi evdə olmayıb. Yan qonşu bir polisin də köməyi ilə uşağı öz evinin içərisinə doğru çəkib. Uşağın vəziyyətinin yaxşı olduğu bidirilib.