Türkiyənin məşhur aktyorları Arzum Onan və Mehmet Aslantuğ cütlüyünün oğulları Canın sosial mediada paylaşılan fotosu tənqid edilib.

Unikal.org xəbər verir ki, Canın hərəkətdə olan avtomobildə ayaqlarını pəncərədən çölə uzadaraq poz verməsi izləyicilərin ciddi etirazına səbəb olub. Onlar gənci insanların həyatına təhlükə yaratmaqda təqsirləndiriblər.