İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 5 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə İdarəsinin rəhbəri Məhəmməd Məhdi Quya deyib.

O bildirib ki, bu il ölkədə 77 nəfər Krım-Konqo qızdırmasına yoluxub: "Sistan və Bəluçistan əyalətində bu qızdırmaya yoluxma halı daha çoxdur. Burada 22 və ya 23 nəfər yoluxub. Xəzər dənizinin sahilində yerləşən Gilan əyalətində xəstəliyə yoluxanların sayı 14 nəfərdir".

Onun sözlərinə görə, Ərdəbil, Kirmanşah və Rəzəvi Xorasan əyalətlərində də bu xəstəliyə tutulanlar var.