Bu gün Bakının bu ərazilərində işıq olmayacaq.

“Azərişıq” ASC-dən Unikal.org-a verilən məlumata görə, 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində  elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır. 

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir

Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci  km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi  ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin  balansında olan 6 kV-luq hava xətti də  şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində saat 07 avqust 2019-cu il tarixində saat 11.00--dan-16.00-a qədər  elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır.