Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri,  hüquq elmləri doktoru, professor Eldar Həsənov gənc jurnalistlərlə görüşüb.

Unikal.org-un məlumatına görə, “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı və Azxeber sayıtının redaktoru Hacıbəy Heydərli ilə görüşən səfir, onlarla Azərbaycanın iqtisadi, siyasi, mədəni, diplomatik və digər məsələlərlə bağlı müzakirələr aparıb. 

Fərid Şahbazlı facebook səhifəsində səfirlə görüşü barədə bunları qeyd edib: "Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovla şam yeməyində bir araya gəldik. Ölkəmizin inkişafı, gənclərimizin uğurları və bir sıra mövzular ətrafında maraqlı söhbət etdik. Eldar müəllimin çox dəyərli tövsiyələrini qəbul etdik. Yüksək qonaqpərvərliyə görə cənab səfirə və dəyərli diplomatlarımıza təşəkkür edirik."