Bakının Nırimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirmişdir.

Z.Sədiyev xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılmışdır.