Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, 1988-ci il təvəllüdlü İran vətəndaşı Şafahi İbrahim sərxoş vəziyyətdə Süleyman Rüstəm küçəsində yol kənarında yatıb. Naməlum şəxslər onun cibindən 450 manat pul, mobil telefon və sənədləri olan çantasını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.