Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə polis bölməsindəki partlayışda 95 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var. Ölənlərin sayı isə hələlik məlum deyil.

Yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə 30 təcili yardım maşını göndərilib.