Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

Unikal.org xəbər verir ki, 242 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 20, 22, 24, 30, 34 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.