Pakistan yüksək vəzifəli hindistanlı diplomatı ölkədən qovub.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Pakistan Hindistanla ticarət əlaqələrini də dayandırıb.

Qeyd edək ki, avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq birbaşa federal hökumət tərəfindən idarə olunur.