26 Avqust 2019
25 Avqust 2019
Avtomobil 35 yaşlı qadını belə vurdu - VİDEO
Avtomobil 35 yaşlı qadını belə vurdu -VİDEO VİDEO 21:36 2019-08-07

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı “99 FT 859” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.

Qadın ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Pənahovanın vəziyyəti stabildir. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.