Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib. 

Bu barədə Unikal.org-a səfirlikdən məlumat verilib. 

Gürcüstanın dövlət bayrağı avqustun 9-u saat 08:00-a kimi bu vəziyyətdə qalacaq.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında baş vermiş 5 günlük müharibə nəticəsində Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. Müharibə zamanı 500-dən çox insan ölüb. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Sentyabrın 2-də isə iki ölkə arasında diplomatik əlaqələr kəsilib.