“Barselona” futbolçusu Ballo Tablanı icarəyə verib.

Unikal.org xəbər verir ki, 20 yaşlı hücumçu MLS təmsilçisi “Monreal İmpakt”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tabla, 2019-cu ilin sonuna qədər “Monreal İmpakt”da çıxış edəcək.

“Barselona” kanadalı oyunçunu 2018-ci ilin yanvarında “Monreal İmpakt”dan transfer etmişdi. Tabla son mövsümü icarə əsasında “Albasete”də keçirib.