08 avqust 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İH-dən Unikal.org-a verilən məlumata görə, yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu vurğuladığını diqqətə çatdırıb. 

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2019-cu ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

G.İsrafilova çıxışının sonunda 2019-cu ildə qarşıya qoyulan tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra məsələləri diqqətə çatdırıb və onların yerinə yetirilməsinin vacibliyini vurğulayıb. 

Çıxışlardan sonra, A.Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə “Dövlət qulluğunda fərqlənməyə” görə medalını təqdim edib.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.