Türkiyənin Dənizli vilayətində ardıcıl iki güclü zəlzələ olub.

Unikal.org xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 313 min əhalisi olan Dənizli şəhərindən 57 kilometr şimal-şərqdə Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Türkiyə Sysmoloji Mərkəzinin açıqlamasına görə, İzmirdə 4,8, Dənizlidə 4.2 daha sonra 6 baı gücündə ard-arda iki zəlzələ qeydə alınıb. 

Dənizli Böyükşəhər Bələdiyyə Başçısı Osman Zola bildirib ki, ilkin məlumata görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb. Dağıntılarla bağlı məlumat yoxdur.