Tərtər rayonunda ehtiyatsızlıqdan polis əməkdaşı iş yoldaşını silahla vurub.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, əsasən hadisə zamanı 1996 cı il təvəllüdlü polis çavuşu Bəyoğlan Xıdırlı ayaq nahiyyəsindən güllə yarası alıb.

Polis əməkdaşı xəstəxanaya çatdırılaraq əməliyyat edilib. İlkin məlumatlara görə yaralanan şəxs ilan tutmaq istəyirmiş. Polis həmkarı isə ilana atəş açarkən yoldaşına dəyib.

Faktla bağlı araşdırma aparılır.